“Hizbullah”, HƏMAS və “İslam Cihadı” liderləri "qələbə" qazanmağın yollarını müzakirə etdilər

Livanın “Hizbullah” rəhbəri HƏMAS və “İslam Cihadı”nın fələstinli hərbiləşdirilmiş qruplarının liderləri ilə görüşüb və Alyansının "real müqavimət qələbəsinə nail olmaq" üçün nə etməli olduqlarını müzakirə edib. 

 

Turan bildirir ki, məlumatı çərşənbə günü “Hizbullah”dan veriblər.

 

İranın dəstəklədiyi regional Alyansın bir hissəsi olan ağır silahlanmış "Hizbullah" oktyabrın 7-də İsrail və HƏMAS arasında müharibə başlayandan bəri İsrail-Livan sərhədi boyunca İsrail qüvvələri ilə gündəlik atışmalar aparır. Yeri gəlmişkən, “Hizbullah” bu atışmalarda artıq 40 döyüşçüsünü itirib.

 

Görüşdə "Hizbullah"dan Seyid Həsən Nəsrullah, HƏMAS rəhbərinin müavini Saleh əl-Aruri və "İslam Cihadı"nın rəhbəri Ziad əl-Nahala iştirak ediblər. Mənbə görüşün nə vaxt keçirildiyini açıqlamayıb.

 

"Qəzza və Fələstində real müqavimət qələbəsinə nail olmaq və şiddətli təcavüzü dayandırmaq üçün beynəlxalq mövqelər və müqavimət oxunun tərəflərinin nə etməli olduğu qiymətləndirildi", – deyə “Hizbullah”dan bildiriblər.

 

Məlumatda o da vurğulanıb ki, "Koordinasiyanın davam etdirilməsi barədə razılıq əldə edilib".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.