QARABAĞ KLUB DEYİL... QARABAĞ-AZƏRBAYCANDIR!
MİR ŞAHİN QURBAN QURBANOVDAN NƏ İSTƏYİR?

Uzun müddətdir ”Qarabağ”çıyam. Qalib gələndə də, məğlub olanda da komandanı anlamağa, anlatmağa çalışmışam. Əlim çatan platformalarda dəstək olmuşam. 

 

Yenə də “Qarabağ”çıyam. 

 

Böyük Qələbəyə aparan Zəfər Yolunun həm də ”Qarabağ” futbolçularının fədakarlığından keçdiyini dərk etdiyimdən. Amma 26 oktyabr məğlubiyyəti məni əməlli silkələdi. 

 

Əlbəttə, Avropanın ən güclü klublarından birinə məğlub olmaq təsadüfi deyil. “Bayer 04” 5, 6, hətta 10 top da vura bilərdi. Amma məni başqa sual narahat edir: “Qarabağ” niyə belə pis-zəif, yorğun və dişsiz oynadı? Bəlkə, ona “Qarabağ”ın ev oyunlarında stadionun diktoru olan Ramiz Qafarovun qəfil ölümü (Allah rəhmət eləsin!) pis təsir göstərimişd!? Ola bilər. Çünki “Qarabağ” öz səhifəsində bu bədbəxt hadisəni qara lentlə yad edib. Deməli, Leverkuzendə baş verən futbol faciəsini bədbəxt hadisə hesab etməyib. Mümkündür. Adət var, təziyə və s. var. Və etiraf etməliyik ki, xocamızdan hər dəfə qalib komandanın ünvanına xoş sözlər eşitmək də daha o effekti vermir.  


“Qarabağ” artıq yeni reallıq Azərbaycanının, ərazi bütövlüyü təmin, dövlət suverenliyi bərpa edilmiş Ölkənin komandasıdır. Ondan tələb də başqadır.


Və daha o arqument də işləmir ki, filan klub çox güclüdür, oyunçularının qiyməti belədir, komandanın büdcəsi elədir. İş-lə-mir! Azərbaycan dünyanın ən güclü dövlətlərinin Birləşmiş Klublarına, BMT-yə qalib gəldi. Fantastik - Büdcəsiz! Dövlət adına! Bayraq adına! Qarabağ adına! Deməli, məsələ gücdə deyil, iradədədir, Qarabağ adına və mütləq qalib gələcəyinə əmin olaraq çarpışmaqdadır: Ali Baş Komandan kimi. Ondan nümunə götürmək və Qələbəyədək vuruşmaq vaxtıdır! 

 

Oktyabrın 26-da bu baş vermədi. Son oyunu oyunçulardan çox-zəif, yorğun, aciz görünən Qurban Qurbanov uduzdu. Böyük hesabla. “5” Alonsonun, “1” isə Qurbanovun qiyməti sayıla bilər. Mən bir “Qarabağ”çı kimi gözləyirəm: Qurban Qurbanov “Məğlubiyyətə Baş məşqçi kimi şəxsən mən məsuliyyət daşıyıram!”- desin. Noyabrın 9-da, Bayrağımızın Rəsmi Bayramında komandasını meydana döyüş əzmi ilə, qazilər kimi çıxarsın. Mümkün olmayanı, inanılmazı etsin. Yox, qələbə qazanması mütləq deyil. Əla oyun nümayiş etdirsin! Şəhid adına, Qazi adına, “Qarabağ” adına. Qoy “Qarabağ” adından dırnağı da çıxarım. Gerçək QARABAĞ adına! Oyun oynamasınlar, vuruşsunlar. Bayrağı Yerə Düşməyə qoymasınlar. Hətta öz torpağımız olsa belə. Gözləyirəm, Qurban! Gözləyirik, Qurban! ! Komandamızın Birinci Yeri, Bayrağımızın Birinci Göyü uğrunda!

 

Mir Şahin AĞAYEV,

Real Təhlil və İnformasiya Mərkəzinin direktoru






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.