Sərhəddə təxribat törədən daha 3 hərbçinin meyiti Ermənistana verildi
Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədərkən zərərsizləşdirilən daha 3 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.
 
Senzor.az-ın məlumatına görə, proses Rusiya sülhməramlılarının iştirakı ilə Şuşada baş tutub.
 
Meyitlər İrəvana göndərilib.
 
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçisinin öldüyünü, 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürüldüyünü açıqlayıb. Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilərin beşinin kimliyi müəyyənləşdirilib. Bunlar baş leytenant Taron Saakyan, müqavilə əsasında orduda xidmət edən Merjun Arutyunyan, Qurgen Sarkisyan, Artur Martirosyan və David Amiryandır.
 
Xatırladaq ki, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib.
 
Ermənistanın hərbi birləşmələri həmin təxribatla dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədi güdürdü.
 
Lakin görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib, düşmənin canlı qüvvəsi məhv edilib.
 
Onu da qeyd edək ki, dünən Rusiya Cənub Hərb Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana özü ilə həmin təxribat zamanı zərərsizləşdirilən baş leytenant Taron Civanoviç Saakyanın meyitini aparmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.