Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirəcəklər.Senzor.az bildirir ki, tərəflər bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon söhbəti zamanı razılığa gəliblər.
İlham Əliyev və Nikol Paşinyan regiondakı vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı noyabrın 19-da olub.
Telefon danışığı zamanı insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq Azərbaycan və Ermənistan arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin yaradılması haqqında da razılıq əldə olunub.