![]()
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə İsrailin mülki əhaliyə hücumunun qarşısının alınması və Qəzzada tam atəşkəs elan edilməsinin vacibliyini bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə diplomatik mənbələr Fidan və Blinkenin Ankarada 3 saat çəkən görüşünü şərh edərkən bildiriblər.
Görüş zamanı tərəflər mülki əhalinin təhlükəsizliyini və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək barədə razılığa gəldiklərini təsdiqləyiblər.
“Türkiyə və ABŞ Qəzzada mülki insanlara zərərin qarşısının alınması, humanitar yardımın çatdırılması və iki dövlətli həllin vacibliyi barədə razılığa gəliblər. Bugünkü görüşdə iki dövlətin probleminin həlli üçün birgə çalışmağın zəruriliyi də vurğulanıb”, - deyə diplomatik mənbələr bildiriblər.
Görüş zamanı XİN rəhbəri Qəzzada mülki hədəflərin bombalanması və infrastrukturun dağıdılmasının qəbuledilməz olduğuna işarə edib.
Görüş zamanı NATO-nun genişlənməsi prosesi, ikitərəfli və regional məsələlər də müzakirə edilib.
![]()
**11:49
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib.
Haberturk xəbər verir ki, Fidan ilə Blinken arasındakı görüşdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirəsi gözlənilir.
Qeyd edək ki, Entoni Blinken Türkiyəyə dünən gecə saatlarında gəlib.