
“Taliban” hərəkatının siyasi qanadının lideri Molla Abdul Qəni Bəradər hökumətin formalaşdırılması istiqamətində müzakirələrin aparılması üçün Kabilə gəlib.
Bu barədə AFP “Taliban” rəhbərliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu gün Kabilə gələn Molla Abdul Qəni Bəradər inklüziv hökumətin yaradılması üçün müzakirələr aparacaq.
Səfərin digər detalları açıqlanmayıb.
APA xatırladır ki, “Taliban”ın inklüziv hökumətin təsis edilməsi ilə bağlı müzakirələrə ötən həftədən etibarən başladığı bildirilir.