Ərdoğan Türkiyə hökumətini toplayır –
GÜNDƏLİKDƏ AZƏRBAYCANLA DA BAĞLI MƏSƏLƏ VAR
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
 
Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.
 
İclasda Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.
 
“Report” bildirir ki, Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.
 
Terrorla mübarizə məsələsi də Naizrlər Kabinetinin gündəmində olacaq. İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.
 
Türkiyə iqtisadiyyatındakı son vəziyyətin də müzakirə olunacağı toplantıda koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkədə virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənməndəki son vəziyyət nəzərdən keçiriləcək.
 
İclasdan sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək, qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq. ` 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.