"Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilərlər".Senzor.az “Mehr” agentliyinə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında deyib.
Məlumat üçün qeyd edək ki, noyabrın 28-də Aşqabadda ECO-nun Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.
XİN rəsmisi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.
Xatırladaq ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abullahianla görüşüb.