İsveçin ilk qadın Baş naziri istefaya getdi – SEÇİLƏNDƏN 7 SAAT SONRA
SƏBƏB?
İsveçin ilk qadın Baş naziri Maqdalena Andersson vəzifəyə seçildiyi andan 7 saat sonra istefaya gedib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Maqdalena Andersson bunu rəsmən bəyan edib.
 
Xatırladaq ki, Sosial Demokratlar Partiyasının rəhbəri Maqdalena Andersson parlamentdə dünən səhər saatlarında keçirilən seçki nəticəsində “Qırmızı-Yaşıllar” koalisiyasından Baş nazir seçilmişdi. İsveç parlamentinin 349 deputatının 174-ü Maqdalena Anderssonun əleyhinə səs versə də, lehinə səs verənlərin sayı ümumi deputatların yarısından çox olduğu üçün o, Baş nazir elan edilmişdi. Noyabrın 26-da Baş nazir yeni hökumətin tərkibini elan etməliydi. Amma...
 
"Qırmızı-Yaşıllar" koalisiyasının üzvü olan Yaşıllar Partiyası ölkənin gələnilki büdcəsi ilə bağlı məsələdə yaranan fikir ayrılığına görə hökuməti tərk edib və koalisiyanın dağılmasına səbəb olub.
 
"Mən legitimliyinə şübhə üçün əsas ola biləcək hökumətə rəhbərlik etmək istəmirəm", - deyə Andersson mətbuat konfransında bəyan edib.
 
O, parlamentin spikeri Andreas Norlenə bildirib ki, yalnız özünün Sosial-Demokrat İşçi Partiyasının təmsil olunacağı birpartiyalı hökumətə rəhbərlik etməyə hazırdır.
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.