Vüqar Səfərlinin məhkəməsi: SAXTA TENDERLƏR, SİYAHILAR VƏ TİRAJLAR...
BÜTÜN FIRILDAQLARDA ƏN ÇOX ƏLİ HƏSƏNOVUN ADI HALLANIR
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digərləri - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə bu gün keçirilən prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev vəkillərin suallarını cavablandırıb.
 
O bildirib ki, V. Səfərli işi ilə bağlı ona qanunsuz bir tapşırıq verməyib: "Nə də onun qanunsuz tapşırıq verdiyinin şahidi olmamışam. Tender komissiyasında verilən təkliflərlə bağlı danışsam, deyə bilərəm ki, qanuna uyğun olaraq tender qanunvericiliyinə riayət edilib. Lakin deyə bilərəm ki, təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Şərtlərdən, imzalanan müqavilələrdən, onlara düzgün riayət olunması ilə bağlı məsələlərdən xəbərim olmayıb. Fondun 10 işçisindən 5-i tender komissiyasında olub. Tenderdə konkret iştirakçılar eyni şirkətlər olub. Biz orda işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib gəlirdi deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur”.
 
Şahid qeyd edib ki, fonda dəftəxana mallarınım alınmasından xəbərdar olub: "İşçilərin hamısına verilib. Lakin hər hansı bir tədbrilərdə blaknotların və s. paylanmasının şahidi olmamışam". Hakim bildirib ki, şahidin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var. Ziddiyyətlərlə əlaqədar hakimin suallına cavab verən S. Mustafayev deyib ki, jurnalistlər üçün tikilən binalarla bağlı tenderdənkənar şirkətlərlə müqavilələr imzalanıb: "Həmin şirkətlər Prezident Aparatının İctimai-siyasi şöbəsinin rəhbərinə yaxın olub. Binalarla bağlı məktublar yazılıb, tenderdənkənar şirkətlərlə müqavilələr bağlanıb. Tender komissiyası yaranana qədər iki binanın təməli qoyulmuşdu. Ümumiyyətlə, tenderlərdə hansı şirkətin qalib olmasını Əli Həsənov razışlaşdırırdı. Mənzillərin kimlərə verilməsinin Vüqar müəllimlə bağlılğı yoxdur. Seçimə ictimai-siyasi şöbə baxıb, bizə göndərilib. Qəzetlərə maliyyə yardımı tam normal qaydada həyaya keçirilib. Həmin siyahı da Əli Həsənovun şöbəsində razılaşdırılırdı. Maliyyə yardımı gündəlik ictimai-siyasi və idman qəzetlərinə verilirdi. Sonradan idman qəzetləri çıxarıldı". 
Şahid istintaqda ifadəsində bildirib ki, bəzi qəzetlərin tiraj sayı saxta arayışlarla qaldırılıb.
 
Bunu S. Mustafayev məhkəmədə təsdiqləyib: "Bəzi qəzetlərin tirajı az idi. Maliyə yardımı düşmürdü. Buna görə onların tiraj sayı arayışda çoxaldılıb”.
 
V. Səfərli şahidin ifadəsi ilə bağlı deyib ki, tikinti ilə bağlı Fondda komissiya ayrı olub: "Bu adam həmin komissiyanın üzvü olmayıb. Yazılan məktublardan xəbəri olmayıb".
 
Məhkəmə prosesi noyabrın 30-da davan edəcək.
 
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
 
Cinayət işi üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi (MEDIA) tanınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.