Bu gün İlham Əliyevə qarşı çıxmaq, onun alternativi olmaq...
ELXAN ŞÜKÜRLÜ PREZİDENTLİYƏ NAMİZƏD OLACAĞI BARƏDƏ İDDİALARA CAVAB VERDİ

Son günlər bir sıra mətbuat orqanlarında və eləcə də sosial şəbəkələrdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Ədalət Partiyasının mənim namizədliyimi irəli sürəcəyi haqda yayılmış informasiyalarla bağlı çoxsaylı sorğulara cavab olaraq bildirirəm ki, nə mənim belə bir iddiam və niyyətim var, nə də partiyamızın seçkilərdə iştirakla bağlı qərarı. 

 

Əksinə, məhz mən partiya rəhbərliyinə, o cümlədən hörmətli sədrimiz İlyas İsmayılova təklif etmişəm ki, bizim bu seçkilərdə ayrıca namizədlə çıxış etməyimiz doğru deyil, cəmiyyət tərəfindən düzgün anlaşılmaz və biz bu seçkilərdə milli maraqlar naminə siyasi iddialarımızdan geri çəkildiyimizi, bir müxalifət partiyasının açıq şəkildə hazırki prezident İlham Əliyevin qələbəsi üçün çalışacağını nümayişkaranə şəkildə elan etməliyik! 

 

Çünki növbədənkənar prezident seçkilərini doğuran çox ciddi səbəblər var və bu səbəblər Azərbaycanın gələcək taleyi, xalqımızın təhlükəsizliyi ilə birbaşa bağlıdır. Dövlətinin, xalqının taleyini düşünən hər bir siyasi təşkilat, siyasətçi isə, ilk növbədə, məhz belə məqamlarda iddiasından imtina etməyi, ucuz şöhrət hissinə aludə olmamağı, geri çəkilməyi, öz siyasi maraqlarını ümumi maraqlara qurban verməyi və cəmiyyəti düzgün istiqamətə yönləndirməyi bacarmalıdır!

 

Mənim düşüncəm budur ki, 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkiləri 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında qələbəylə yekunlaşdırdığımız Vətən Müharibəsinin, 2023-cü ilin 20 sentyabrında isə ərazilərimizdəki erməni separatizmini birdəfəlik məhv etdiyimiz hərbi əməliyyatların siyasi-diplomatik müstəvidə və beynəlxalq arenada da davamı, daha böyük düşmənlərlə savaş vəziyyəti deməkdir və belə bir həlledici mərhələdə ölkənin idarəetmə sükanı məhz düşməni yenmiş, onun canına qorxu və vahimə salmış uğurlu bir Komandanın – hazırki şəraitdə prezident İlham Əliyevin əlində olmalı, prosesi uğurla tamamlamasına hamılıqla dəstək verməliyik! 

 

Düşünürəm ki, bu gün İlham Əliyevə qarşı çıxmaq, hər hansı bəhanə və ya əsasla onun alternativi olmaq, hər şeydən əvvəl, Azərbaycanın qələbəsinə qarşı çıxmaq görüntüsü yaratmaq deməkdir və biz heç bir halda belə bir mərhələdə öz siyasi maraqlarımız, iddialarımız naminə Əliyevdən fərqli cinahda, səngərdə olduğumuzu düşmənlərimizə göstərməməliyik! 

 

Qənaətim budur ki, biz son 3 ildə - 27 sentyabrdan indiyədək Azərbaycanın düşmənlərinə qarşı prezident İlham Əliyevlə eyni səngərdə durduğumuzu, onunla eyni mövqeni bölüşdüyümüzü göstərdiyimiz kimi, bütün gözlərin dikildiyi 7 fevral seçkisində də onunla eyni cinahda, eyni səfdə olduğumuzu nümayiş etdirməli və sülh prosesinin yarımçıq qalmasını istəyən, buna çalışan qüvvələrə çox yaxşı bir dərs verməliyik!

 

Biz bütün dünyaya göstərməliyik ki, Azərbaycan xalqı üçün bir nömrəli hədəf və məqsəd qələbəmizin beynəlxalq aləm tərəfindən də mübahisəsiz qəbuludur, sülhlə yekunlaşdırılmasıdır və bu prosesdə də Azərbaycan xalqı, siyasi mövqeyindən asılı olmayaraq, hamılıqla İlham Əliyevin arxasında dayanaraq, ona ölkəmizi ləyaqətlə təmsil etmək üçün daha bir 7 illik mandat vermək əzmində, iradəsindədir!

 

Çünki İlham Əliyevə məhz belə bir ərəfədə daha bir 7 illik mandat vermək qələbəmizi və təhlükəsizliyimizi indidən təminat altına almaq, eyni zamanda, ona ölkənin daxilində sürətli islahatlarla hamımızın azad və firavan yaşadığı ədalətli bir ölkə qurmaq fürsəti, imkanı vermək, hakimiyyətin də gələcəkdəki bütün bəhanələrini birdəfəlik kəsmək deməkdir! 

 

Prezident İlham Əliyev bunu da bacaracaqsa, daha gözəl - nə xoş onun və xalqımızın halına! Məgər,  istədiyimiz elə bu deyilmi? 

 

Yox, bacarmayacaqsa, o halda, əgər Allah ömür versə, 7 il sonra ona qarşı çıxanlar sırasına bizim də qoşulmağa mənəvi haqqımız yaranacaq! 

 

Bu günsə biz Əliyevə qarşı çıxmaq və onun alternativi olmaq haqqına sahib deyilik! 

 

Haqqın olmayan bir yerə iddia etməyin, haqqın olmayanı istəməyin özü isə ən böyük əxlaqsızlıqdır!

                                                      






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.