
İran Bəndər Abbas yaxınlığında həyata keçirilən hücuma cavab olaraq ABŞ-a məxsus aviabazaya zərbə endirib.
Senzor.az bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH bəyan edib ki, ABŞ tərəfindən ediləcək istənilən növbəti hücumlara daha sərt və qəti cavab veriləcək.
Məlumatda həmçinin qeyd olunub ki, baş verən hadisələrin nəticələrinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Daha əvvəl "Reuters" agentliyi ABŞ-ın İran hərbi obyektinə zərbələr endirdiyi barədə xəbər vermişdi. Amerika hərbçiləri həmçinin təhlükə yaradan bir neçə İran pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv ediblər.