
Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bir az əvvəl tamaşaçılarına rəhbəri və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramının növbəti xüsusi buraxılışını təqdim edib.
Senzor.az bildirir ki, Əməkdar jurnalist bu buraxılışda ilk dəfə bir neçə ildir ki, sosial şəbəkələrdə başlanmış, israrla və məqsədyönlü şəkildə təşviq edilən “televiziyalara baxmırlar” demaqoqiyası ətrafında danışıb.
“Doğrudanmı hamı sosial şəbəkələrə baxır?”. Aparıcı əvvəldə belə bir sual qoyub, amma ona dərhal cavab verməyib. Qeyd edib ki, bu məsələyə tamaşaçılarla birlikdə, yəni onlarla virtual dialoqun sonunda qayıdacaq: “O zaman anlaşılacaq ki, telekanalların üzərinə kim və niyə gəlir. Və ən başlıcası, niyə məhz bu gün və niyə məhz bu aralar?”.
Daha ətraflı xüsusi buraxılışda. Mütləq baxın...