
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin 2023-cü ildə Rusiyada xarici vətəndaşlar tərəfindən törədilən ağır cinayətlərin sayının artması barədə açıqlaması Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan miqrantlar arasında Ukraynada müharibəyə səfərbər oluna biləcəkləri ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
Senzor.az haqqin.az portalına istinadən bildirir ki, A.Bastrıkin bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin 2023-cü ildə ərazi bölmələrinin işinin ilkin yekunlarına həsr olunmuş müşavirədə əcnəbilər tərəfindən törədilən bu cür cinayətlərin xüsusi çəkisinin artmasından danışarkən bildirib.
“Təcrübə göstərir ki, miqrasiya sahəsində qanun pozuntuları çox vaxt məmurların sui-istifadəsi və hərəkətsizliyi nəticəsində baş verir”, - deyə İstintaq Komitəsinin rəhbəri əlavə edib və onlara miqrasiya sahəsində cinayətkarlıqla mübarizə üçün tədbirlər görülməsini tapşırıb.
Rusiya İstintaq Komitəsi rəhbərinin çıxışından sonra miqrantlar arasında sürətlə şayiələr yayılıb ki, gələn il Rusiya təhlükəsizlik qüvvələri ordunun Ukraynada verdiyi böyük itkilərin əvəzini çıxmaq üçün miqrantlara qarşı kütləvi şəkildə cinayət işləri qaldıracaqlar.
Onların narahatlığı nə dərəcədə əsaslıdır?
Rusiya Federasiyasında miqrantlara pulsuz hüquqi yardım göstərən “TONG JAHONI” beynəlxalq qeyri-hökumət qeyri-kommersiya təşkilatının direktoru, tanınmış hüquq müdafiəçisi Valentina Çupik haqqın.az-ın əməkdaşı Ceyhun Nəcəfovun xahişi ilə Rusiyada yaşayıb-işləyən həmvətənlərimizin narahatlığına səbəb olan bu məsələni şərh edib.
Daha ətraflı aşağıdakı linkdə https://haqqin.az/news/304408