Bakıda vəkil özünü Kollegiyanın yanında yandırdı – BAŞ PROKURORLUQDAN VƏ ANAR BAĞIROVDAN REAKSİYA
YENİLƏNİB, FOTO


Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

 

Senzor.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən KİV-in sorğularına cavab olaraq bildirilib ki, vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bəyan edib ki, qurum ilə vəkil arasında hər hansı isə problem baş verməyib və onun barəsində intizam işi olmayıb.

 

**20:53


Vəkil Zaur Məmmədov intihar edib.

 

“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələlik bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

 

Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Vəkillər Bürosunda fəaliyyət göstərib.

 

Senzor.az bildirir ki, bu arada Vəkillər Kollegiyasının sədri Anar Bağırov hadisə ilə bağlı açıqlama verib. 

O qeyd edib ki, vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb: “Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.

 

Kollegiya ilə onun arasında isə hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.

 

Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.