İran Prezidenti terror aktlarının törədildiyi Kirmana gedib – HƏLAK OLANLARIN DƏFN MƏRASİMİNDƏ ÇIXIŞ EDİB
FOTO

İran Prezidenti İbrahim Rəisi terror aktları törədilən Kirman şəhərinə səfər edib.

 

Senzor.az İran mətbuatına istinadən bildirir ki, İ.Rəisi şəhərin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb. 

Yanvarın 3-də Kermanda terror aktı nəticəsində həlak olan 85 nəfərin dəfn mərasimində çıxış edən Prezident Rəisi deyib ki, insanlar İslam Respublikasının “gücünün ən mühüm komponentini” təşkil edir.

 

Prezident qeyd edib ki, düşmənlər artıq İranın qüdrətinin böyüklüyünü müşahidə edib və yaşayıblar.

 

İranın Kirmandakı dəhşətli terror aktına görə qisas almasına gəlincə, Rəisi “İran Silahlı Qüvvələrinin təşəbbüsü ələ alacağına və reaksiyanın vaxtını və yerini təyin edəcəyinə” əminlik verib. 

Xatırladaq ki, mərhum komandir general-leytenant Qasım Süleymaninin şəhadətinin dördüncü ildönümü ilə bağlı keçirilən tədbirdə çərşənbə günü törədilən iki partlayış 85 nəfərin faciəli şəkildə həlak olması və 300-ə yaxın insanın yaralanması, bəzilərinin vəziyyətinin ağır olması ilə nəticələnib.

 

İŞİD terror qruplaşması cümə axşamı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei terror aktının arxasında duranların sərt cavab alacağı ilə bağlı xəbərdarlıq edib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.