
Türkiyə heç bir bəhanə və ya səbəblə cənub sərhədləri boyunca “Terroristan” yaradılmasına icazə verməyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının toplantısında deyib.
Ərdoğanın ofisindən verilən məlumata görə, toplantıda terrorla mübarizənin gedişatı, o cümlədən cümə günü bölgədə həyata keçirilən xain terror aktı kontekstində atılan və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların türk bazasına hücumu nəticəsində 9 türk əsgəri şəhid olub. Türk Ordusu qisas əməliyyatına başlayıb və terrorçulara ağır zərbələr endirir. İndiyə qədər 57 terrorçu zərərsizləşdirilib.