
İsrailin müdafiə naziri Yoav Qallant Baş nazir Binyamin Netanyahu ilə münaqişədən sonra Tel-Əvivdəki “Kirya” hərbi bazasında keçirilən "müharibə kabineti"nin iclasını tərk edib.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Nəşrin məlumatına görə, Qallant köməkçisinin (Aparat rəhbərinin) görüşə buraxılmamasından narazı qalıb. Halbuki Netanyahunun köməkçilərinin iclasda iştirakına icazə verilib.
“Mənə işləməyə mane olmağı dayandırın”, - Qallant Netanyahu və milli təhlükəsizlik müşaviri Tsaxi Aneqbiyə qəzəblə səslənərək, iclası tərk edib.
Bildirilib ki, daha sonra Qallant iclasa geri qayıdıb və gizli müşavirədə iştirak edib.