
Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev dünən axşam tamaşaçılarına rəhbəri və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” proqramının növbəti buraxılışını təqdim edib.
Senzor.az bildirir ki, məşhur jurnalist bu buraxılışda bir daha Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərindən danışıb. Və ilk dəfə bəyan edib ki, bu seçkilərdə onun da namizədləri var.
“Fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Təşviqat kampaniyasına start verildiyindən təbii ki, müəyyən məhdudlaşmalar qüvvəyə minib. Ona görə də prezidentliyə namizədlər haqqında yox, bütövlükdə seçki günü, seçki məntəqləsi, daha doğrusu, xalqın tarixi təyinat məntəqəsi haqqında danışmaq istədim. Amma namizədlərdən danışmamaq da mümkün deyil. Xüsusilə ona görə ki: məsələn, 2024-cü ilin Prezident seçkilərində iştirak etməkdən ötrü qeydiyyatdan keçmiş namizədlərdən başqa-ayrı iddiaçılar da var ki, onlar rəsmən iddiaçı deyillər. Amma buna baxmayaraq namizədlikləri irəli sürülüb. Bunu da hər hansı partiya, hər hansı sosial birləşmə və ya müəyyən mütəşəkkil rəğbət toplusu yox, Tarix özü edib...”, - deyə müəllif vurğulayıb.
Buna görə də Mir Şahin Ağayev onu şərti olaraq “Tarix" Təşəbbüs Qrupu adlandırıb. Və bu qrupun irəli sürdüyü, hamının yaxşı bələd olduğu namizədləri tamaşaçılarına qısa xatırlatma ilə təqdim edib. Yenə tam fərqli və özünəməxsus şəkildə: “Bu qrupun irəli sürdüyü namizədlərdən biri...”
Daha ətraflı “Mir Şahinin vaxtı”nda. Mütləq baxın...