Mir Şahin 32 ildən sonra Xocalı faciəsinin baş verdiyi ərazidə... - REAL TV RƏHBƏRİNDƏN AŞPA-ya DAHA BİR TUTARLI CAVAB
VİDEO

REAL TV-nin rəhbəri Mirşahin Ağayev 32 il sonra Xocalı faciəsinin törədildiyi əraziyə gedib və müəllifi olduğu populyar “Mir Şahinin vaxtı” verilişinin növbəti buraxılışını məhz oradan hazırlayıb.

 

O əvvəlcə 1992-ci il fevralın 26-da Xocalı düzündə qətlə yetirilən 613 şəhidin ruhuna hörmətlə həmin torpağa qərənfillər düzüb.

 

Jurnalist qeyd edib ki, hazırda AŞPA-da Azərbaycanı ittiham edənlər hansısa dəhlizdən danışırlar, Laçın yoluna “Laçın dəhlizi” adı verib Azərbaycanın əsəbləri ilə oynayırlar. Hazırda olduğu ərazi də vaxtilə guya ermənilər tərəfindən dinc insanların Xocalıdan çıxıb getməsi üçün dəhliz kimi ayrılmışdı. Amma bu dəhliz deyildi, əslində tələ idi və 613 nəfər məhz bu ərazidə kütləvi şəkildə gülləbaran edildi. Çingiz Mustafayevin fəryad edərək çəkdiyi məşhur kadrlar da məhz həmin ərazidə lentə alınıb.

 

M. Ağayev daha sonra Xocalı sakini Sovet Allahverdiyevlə soyqırımının növbəti ildönümü ərəfəsində məhz həmin ərazidə həmsöhbət olub, tarixi yaddaşımızı təzələyib.

 

Sonda isə həmin günlərdə əsir götürülmüş  uşaqların, qızların, qadınların və qocaların dəhşətli işgəncələrə məruz qoyulduqları fermaya, özünün qəhər və qəzəblə “İşgəncələr məbədi” adlandırdığı yerə baş çəkib... 

 

Daha ətraflı videomaterialda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.