
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Senzor.az bildirir ki, məktubda deyilir: “İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Heç kim Azərbaycan üçün Prezident İlham Əliyev qədər iş görməyib.
O, qalib İlham kimi tarixə düşəcək, onun prezidentlik illəri isə Azərbaycan tarixində qızıl dövr kimi qalacaq”.
