
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Şimali Qafqazda terrora dəstəyini davam etdirdiyini, hətta bu məsələnin ən yüksək səviyyədə müzakirəsinin belə vəziyyəti dəyişmədiyini bildirib.
O, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Dəfələrlə məsələ qaldırmışam ki, ABŞ Şimali Qafqazda nə separatizmi, nə də terroru dəstəkləməlidir. Lakin onlar bunu davam etdirdilər. Qafqazdakı terror qruplaşmalarına siyasi dəstək, informasiya dəstəyi, maliyyə dəstəyi, hətta hərbi dəstək ABŞ və onun əlaltılarından gəlib”, - o bildirib.
Putin qeyd edib ki, ABŞ Prezidenti ilə söhbətində bu məsələni qaldırıb:
“Deyir ki, ola bilməz, sübutunuz var? Deyirəm, bəli. Mən bu söhbətə hazır idim və ona bu sübutu verdim. Baxdı və bilirsən nə dedi? Üzr istəyirəm, amma olduğu kimi sitat gətirəcəyəm, dedi ki: “Yaxşı, onların arxasını dağıdacağam”. Cavab gözlədik, amma cavab olmadı.
FTX-nın direktoruna MKİ ilə əlaqə saxlamağı və bu söhbətin nəticəsinin olub-olmadığını öyrənməyi tapşırdım. Bir dəfə, iki dəfə yazdıq, sonda cavab aldıq. Arxivdə cavabı saxlayırıq. MKİ-dən cavab belədir: “Biz Rusiyada müxalifətlə işləyirdik. İnanırıq ki, bu, düzgündür və müxalifətlə işimizi davam etdirəcəyik. Gülməlidir. Tamam. Anladıq ki, söhbət olmayacaq...”.
Senzor.az xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib.
Müsahibə ümumilikdə 2 saat 6 dəqiqə davam edib və Rusiya lideri bu müddət ərzində təqribən 60 suala cavab verib.
Onu da qeyd edək ki, Putinin amerikalı jurnalistə müsahibə verməsi Rusiya və dünya mediasında böyük marağa səbəb olub.
Müsahibənin tam mətnini təqdim edirik: