“Hətta özünü hazırkı hakimiyyətə müxalif hesab edənlər də etiraf etdilər ki, baş tutan sonuncu növbədənkənar prezident seçkisində hazırkı ölkə Prezidenti cəmiyyətin bütün təbəqələri tərəfindən dəstək aldı. Lakin bunu dilə gətirib, dərhal da Qərb strukturlarına, ATƏT-in seçkini müşahidə edən qurumlarına istinad edərək yenidən ölkədəki durumdan şikayət etməyə başlayırlar”.
“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində belə deyilir.
Süjetdə qeyd olunur ki, nə ölkə vətəndaşlarının mövqeyi, nə də faktiki nəticələr sözügedən Qərb qurumlarını maraqlandırmır.
Bildirilir ki, Qərb strukturlarının bir vaxtlar təriflədiyi ölkələr isə hazırda bütün dünyanın gözü qarşısında müharibə meydanına çevrilib.
Daha ətraflı süjetdə: