Üç ölkə “Bayraktar”a qarşı birləşdi - VETO

Fransa, Yunanıstan və Kipr Avropa Birliyinin  Kiyev üçün “Bayraktar”lar   almasını əngəlləyiblər. Hər üç ölkə Kiyev üçün Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin  tədarükünün Avropa fondlarından maliyyələşdirilməsinə veto qoyub. 

 

Musavat.com bildirir ki, bu qərar yerli silah sistemlərinə dəstək vermək istəyi ilə izah edilib. 

 

Alternativ axtarışda olan Avropa İttifaqı Ukraynaya yardım üçün təcili tədbirləri, o cümlədən blokdan kənarda silah almaq imkanını nəzərdən keçirir. NATO ölkələri regionda artan gərginlik fonunda bir hissəsinin Ukraynaya göndəriləcək mərmi istehsalının artırılmasını müzakirə edir. NATO-nun baş katibi Yens Stoltenberq Alyans ölkələrinin 2024-cü ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq öhdəliyinin vacibliyini vurğulayıb.

 

Daha əvvəl “Politico” Avropadakı mənbələrinə istinadən xəbər vermişdi ki, Aİ-nin daimi nümayəndələrinin iclasında ölkələrin əksəriyyəti Ukraynaya yardım üçün təcili tədbir kimi Blokdan kənarda istehsal olunan mərmilərin alınması üçün İttifaq fondlarından istifadə edilməsi qərarını dəstəkləyib. Bununla belə, Fransa, Yunanıstan və Kipr təşəbbüsün qarşısını alıblar. 

 

Nəşrin mənbələrinin məlumatına görə, “Bayraktar”la bağlı  vetoya səbəb Avropa silah istehsalçılarının öz istehsalını artırmaq üçün sifarişlərə ehtiyac olmasıdır. Eyni zamanda, keçən ay yüksək rütbəli bir fransalı məmur Parisin Avropa İttifaqının mart ayına qədər Ukraynaya 1 milyon mərmi çatdırmaq məqsədinə çatmayacağı təqdirdə, Aİ hüdudlarından kənarda silah alışına icazə verəcəyini söyləyib.

 

Fevralın 15-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib. Sammitin prioritet mövzularından biri mərmi istehsalının artırılmasıdır ki, onların bir hissəsi Ukraynaya göndəriləcək, digəri isə Kiyevə hərbi yardım göstərən Alyans dövlətlərinin ehtiyatlarını dolduracaq.

 

“Newsweek” nəşri   yazırdı ki, “Bayraktar”lar Ukraynadakı döyüşlərdə daha əvvəlki kimi istifadə edilmir. İdddiaya görə, bu pilotsuz təyyarələr  müharibənin ilk aylarında istifadəı üçün təsirli idi, Rusiya hava hücumundan müdafiəsini təkmilləşdirdikdən sonra Ukrayna Türkiyə istehsalı PUA-ları yalnız kəşfiyyat üçün istifadə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.