Paşinyan İlham Əliyevə və Putinə güvənirmi?

“Hesab edirəm ki, münasibətlərimizin tarixi artıq dərin inamsızlıq üçün əsasdır. Və Azərbaycanın liderindən və məndən soruşmağın mənası yoxdur ki, biz bir-birimizə güvənirik ya yox? Aydındır ki, yox”.

 

Senzor.az bildirir ki, bunları Ermənistanın baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevə güvənib-güvənmədiyi barədə suala cavab verərkən deyib.

 

“Ancaq problem onda deyil, problem bundadır: kiçik addımlarla inam yaradacağıqmı? Biz məhz etimad  yaradılması prosesində çətinliklərlə qarşılaşırıq”, - Paşinyan bildirib.

 

“Rusiya Prezidenti Vladimir Putinə etibar edirsinizmi” sualına cavab verərkən isə Paşinyan qeyd edib ki, ölkələr arasında dövlətlərarası münasibətlər qurulub. “Həm Ermənistan, həm də Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”, - deyə Ermənistanın baş naziri vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.