Belarus Prezidenti: Milyardlıq təkliflə Bakıdan İrəvana getdim - “FRANSA ERMƏNİSTANI ÇİYNİNDƏ DAŞIMAYACAQ”
FOTO

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün keçirilən parlament  seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. Belarus lideri vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində vasitəçi rolunu oynamasından danışıb. 

 

Bu barədə  "BelTA"  məlumat yayıb. 

 

Lukaşenkonun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il ərzində sülh yolu ilə nizamlanmaya çağırış etməklə yanaşı, Ermənistan tərəfinə maliyyə dəstəyi də təklif edib: “Mən özüm də bilmədən vasitəçi oldum - Bakıdan İrəvana getdim və bu təklifi çatdırdım. Azərbaycan zəngin ölkədir. Ermənistan iqtisadiyyatına milyardlarla dollara qədər investisiya təklifi vardı... Bu məsələnin sülh yolu ilə həlli üçün çoxlu təkliflər olub”. 

Lukaşenko deyib ki, Ermənistanın əvvəlki rəhbərliyi sülh yolu ilə nizamlanmaya razı olmayıb və problemli məsələlər yığılıb qalıb: ”Bütün bunlar Nikol Vovayeviç Paşinyanın, onun hökumətinin üzərində qalıb. Baş verənlərə görə əslində onun günahı azdır. Amma bu problemi həll etmək lazım idi ”, - deyə  Belarus dövlətinin başçısı bildirib.

 

“Yaxşı, biz müharibəni başa vurduq. Bizim mövqeyimiz necə olmalıdır? Ermənilər bizim əzizlərimiz, əziz xalqımızdır. Azərbaycan yad ölkədir? Ona görə də bu vəziyyətə düşdük.  KTMT-nin bu münaqişəyə cəlb edilməsi  üçün heç bir səbəb yox idi ”, - Lukaşenko vurğulayıb. 

O, bu mövzunun bir neçə dəfə müzakirə olunduğunu və KTMT-nin bütün üzvləri üçün Azərbaycanın yad  ölkə olmadığını qeyd edib: “KTMT-də çoxlu müsəlman ölkələri var. Bunu siz də başa düşürsünüz. Bu qismən müvafiq mövqedir. Üçüncüsü,  bizim Ermənistan özü Azərbaycanla arasındakı müharibəyə qarışmağımızı istəyirdimi?  Hesab edirəm ki, Azərbaycan və Ermənistan, təəssüf ki, sonda məsələnin düzgün həllinə müharibə yolu ilə gəldilər. Ermənistan Azərbaycanın bir neçə rayonunu işğal etmişdi və onlar bunu etiraf edirdilər”.

 

Musavat.com xatırladır ki, Lukaşenko Ermənistanın Fransa ilə əlaqələrinə də işarə edib: “Onlar hər zaman orada, Fransada Emmanuel Makronla əlaqə saxlayırlar. Sonra bəyanatlar peyda oldu: Fransa hava hücumundan müdafiə sistemləri, hərbi sahədə və iqtisadiyyatda Ermənistana kömək edəcək, ümumiyyətlə, İrəvanı çiyninə alıb daşıyacaq... Heç kim heç kimi çynində daşımayacaq. Fransada baş verənləri görürsünüz. Ona görə də İrəvandakı siyasətçilər ayılmalı və xalq  dilində desək, sahib olduqlarını da itirməməlidirlər”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.