Rusiya Moldovaya müdaxilə edəcəkmi? - PUTİN SEPARATÇILARDAN MÜRACİƏT GÖZLƏYİR
ŞƏRH

Moldovanın separatçı bölgəsi olan Dnestryanı Rusiyaya müraciət etməyə hazırlaşır. Bölgənin rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinə və Rusiya Federasiyasının Federasiya Şurasına müraciət edərək onlardan Dnestryanı  bölgəsində yaşayan rusdilli əhalinin hüquqlarını qorumağı xahiş edəcək. 

 

Bu eynilə Ukrayna ilə oxşar ssenaridir. Rusiya 2 il əvvəl olduğu kimi indi də eyni üsulla hərəkət edir. Dnestryanının  müraciəti şübhəsiz ki, Rusiya tərəfindən hazırlanmış oyunun tərkib hissəsidir. Bəs Dnestryanı niyə indi belə bir müraciət edir? Rusiyanı Moldovaya hücuma təhrik edən nədir?                                  

Burada bir neçə məqam var:

 

1) Rusiya Qərbə cavab vermək istəyir. İsveç və Finlandiya NATO-ya üzv olduqdan sonra Rusiya hansısa formada Qərbə cavab verməli idi. NATO-nun şərqə doğru genişlənmək siyasətinə Rusiya Dnestryanı bölgəni tutmaqla cavab verəcək.    


2) Rusiya Ukraynaya ciddi dəstək gələcəyindən ehtiyat edir. Son zamanlar bəzi ölkələr, xüsusilə də Fransa Rusiyaya qarşı Ukraynaya NATO qüvvələrinin yerləşdirilməsini təklif edir. Rusiya bunun qarşısını almaq üçün cəbhəni genişləndirməyə çalışır.                    


3) Polşa və Baltikaynı ölkələr Ukrayna ilə bərabər Rusiyaya qarşı yeni ittifaq yaratmaq arzusundadırlar. Son zamanlar Polşa və Baltik ölkələrindən Rusiya əleyhinə kəskin açıqlamalar verilir. Hətta tərəflər arasında zaman – zaman diplomatik qalmqallar da yaşanır. Rusiya Moldovaya hücumla həm də bunun qarşısını almağa çalışır. 

                                

4) Martda Rusiyada prezident seçkiləri keçiriləcək. Putin Dnestryanı bölgəni Rusiyaya qatmaqla öz nüfuzunu daha da qaldırmaq və seçkiyə daha güclü və inamlı getmək niyyətindədir.                                                                                                                   


5) Putin hakimiyyəti varisinə ötürməyə hazırlaşır. Hazırda NATO şərqə doğru genişlənməkdə davam edir. Putin özündən sonra xələfi üçün problemli məsələ saxlamaq istəmir. Dnestryanı məsələsi Rusiya üçün gələcəkdə problem ola bilər. Ona görə Putin bu işi vaxtında özü bitirmək istəyir.  


6) Separatçı bölgələrin saxlanması Rusiya iqdisadiyyatına əlavə maliyyə yükü deməkdir. Dnestryanı Rusiyanın federal subyektinə çevrilərsə, Kreml  onu mərkəzi vergi sisteminə qoşa bilər. Bu, Rusiya büdcəsinin xeyrinə olacaq. 


7) Dnestryanının tutulması Qara dənizdə   Rusiyanın mövqeyini daha da gücləndirəcək. Bu, Rusiya üçün Krımın təhlükəsizliyini təmin etmək, həmçinin Ukraynada yeni işğal etdiyi bölgələrə gələcək təhlükələri dəf etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.    


8) Dnestryanının Federasiya tərkibinə daxil edilməsi Ukraynaya Qərbdən hücum üçün də şərait yaradacaq. Bu bir daha onu göstərir ki, Rusiyanın niyyəti Ukraynanı tamamilə işğal etmək və onun bir dövlət kimi varlığına son qoymaqdır.                                                                                     


Nəzərə alaq ki, Dnestryanı bölgədə kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Bölgə rəsmən sosialist rejimi ilə idarə olunur. Bu ərazidə Karl Marksın və Vladimir Leninin fikirləri rəsmi dövlət ideologiyası olaraq qəbul edilir. Dnestryanıda hələ də kolxozlar mövcuddur və onlar bu gün kənd təsərrüfatının inkişafında əvəzsiz rol oynayırlar. Rusiya liberal bazarı və Dnestryanının sosialist sisteminin necə birləşəcəyi də bir başqa müzakirə mövzusudur. Ehtimal ki, Rusiya  buradakı sistemə çox da müdaxilə etməyəcək. Kolxoz sistemi saxlana bilər. Ola bilər ki, bunlar ailə kooperarativlərinə çevrilsin. Ancaq marksizm – leninizm ideologiyasından imtina ediləcəyi aydın məsələdir. Dnestryanı rusları mühafizəkar təbiətə malikdirlər. Bu bölgədə əsasən kənddə məskunlaşma yüksək səviyyədədir. Dnestryanını cazibədar edən digər bir təbii gözəllik isə zəngin bulaqlarıdır. 

 

Dnestryanı Rusiyaya diplomatik dəstək üçün müraciət edib. Ancaq bu diplomatik dəstəyin hərbi istila ilə bitəcəyi gözlənilən məsələdir. Ehtimal ki, növbəti mərhələdə Dnestryanıdakı separatçı rejim Rusiyanın yeni federal subyekti olmaq üçün müraciət ünvanlayacaq və bununla da Putinin növbəti istilası gerçəkləşəcək.

 

Zeynal Əmrəliyev,

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.