Nikki Heyli prezidentlik yarışından geri çəkildi – TRAMP və BAYDENDƏN REAKSİYA

ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Heyli özü məlumat verib.

 

“Təşviqat kampaniyasını dayandırmağın vaxtıdır. Peşman deyiləm. Artıq namizəd olmasam da, inandığım şeylər haqqında danışmağı dayandırmayacağam”, - deyə o vurğulayıb.

 

O, seçicilərini qarşıdan gələn seçkilərdə keçmiş prezident Donald Trampı dəstəkləməyə çağırmayıb.

 

Bununla belə, N.Heylinin yarışdan geri çəkilməsi Trampı prezident seçkilərində Respublikaçılar Partiyasından əsas namizəd edib.

 

Daha bir maraqlı məqam. İndiki Prezident Co Bayden N.Heylinin tərəfdarıarına müraciət edib: "Donald Tramp Nikki Heylinin tərəfdarları ilə maraqlanmadığını bəyan etdi. Açıq demək istəyirəm: bu insanlar üçün mənim seçki kampaniyamda yer var".

 

Xatırladaq ki, ABŞ-da prezident seçkisi noyabrda keçiriləcək.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.