MÜDAFİƏ NAZİRİNİN QİYAMI... KÜÇƏLƏR PARTLAYACAQ?
EYNULLA FƏTULLAYEV HAZIRDA İSRAİLDƏ CƏRƏYAN EDƏN HADİSƏLƏR HAQDA

HƏMAS ilə danışıqlar pozulub, İsrail ordusu Xan Yunisdə ilişib qalıb, Hizbullah-la müharibə təhlükəsi artır, Netanyahu hökuməti daxili çəkişmələrə qərq olub...

 

Üstəlik, İsraildə yəhudilər və ərəblər arasında etnik düşmənçilik artır. Yəhudilər "beşinci kolon" - İsrail ərəblərinin qanlı terror günlərində yolverilməz tərzdə şad davranışları haqda pıçıldaşırlar; Qüdsdə ərəblər yəhudilərə hücum edirlər. Bir sözlə, İsrail dövlətinin taleyi qaranlığa bürünüb.

 

Bu arada İsrail ordusu onilliklər ərzində ilk dəfə olaraq Ramallahda ən böyük reyd keçirib. İsrail Müdafiə Ordusu  (SAXAL) qanuni gecikmələrə açıq şəkildə məhəl qoymadan və heç bir xüsusi sanksiyalar tətbiq etmədən Fələstin Muxtariyyətini asanlıqla işğal edir. İordan çayının qərb sahilindəki xüsusi əməliyyat yorğun Baydenin Fələstin dövlətini yaratmaq barədə məlum konsepsiyasına ziddir. İsraillilər üçün Bayden, nədənsə amerikalıların özündən əvvəl vidalaşdıqları köhnə "axsaq ördək"dir. Bu məntiqli sual israilliləri hiddətləndirir: “Bəs o qalib gəlsə? Axı, Al Qor bir dəfə vaxtından əvvəl prezidentlik kürsüsünə oturdu, amma yekunda Buş qalib gəldi?” İsrail cəmiyyətinin sağçı və pravoslav hissəsi hesab edir ki, Bayden qalib gəlsə, İsrail fəlakətlə üzləşəcək. Niyə? Bayden İsraildə hansı modeli tətbiq etmək istəyir?

 

Senzor.az bildirir ki, bu və dugər sualların cavabı bu linkdə (https://haqqin.az/news/310142) - tanınmış araşdırmaçı-jurnalist, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin birbaşa İsraildən hazırladığı təhlili yazıda... 

 

Yeri gəlmişkən, xatırladaq ki, E.Fətullayev və Haqqin.az-ın çəkiliş qrupu neçə vaxtdır İsrailin qaynar nöqtələrində işləyir və İsrail-Livan sərhədindən silsilə reportajlar hazırlayırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.