SSRİ və AZƏRBAYCANDAKI HƏBSXANALAR, ÜMİDSİZ MÜBARİZƏ... - Eynulla Fətullayev İsraildə məşhur Natan Şaranski ilə daha nələrdən danışıb?
VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış araşdırmaçı-jurnalist, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev neçə vaxtdır ki, yeni müharibə alovunun və geosiyasi təhdidlərin bürüdüyü İsrailin qaynar nöqtələrində fəaliyyət göstərir, çəkiliş qrupu ilə birgə silsilə reportajlar və videomüsahibələr hazirlayıb yayır.

 

Senzor.az bildirir ki, onun budəfəki müsahibi vaxtilə Sovet İttifaqına meydan oxuyan Moskva Helsinki Qrupunun yaradıcılarından biri Natan Şaranskidir.

 

Natan Şaranski 1977-ci ildə antisovet ajiotajı və dövlətə xəyanət ittihamı ilə həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 9 illik həbs müddətinin yarısını təkadamlıq kamerada, 400 gündən çoxunu isə cəza kamerasında – karserdə keçirib.

 

Beynəlxalq dəstək kampaniyasından, eləcə də o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın müdaxiləsindən sonra azadlığa buraxılıb və İsrailə qaytarılıb. Burada siyasətçi, dövlət xadimi kimi karyerasına başlayıb. Knessetin üzvü, sənaye və ticarət naziri, daxili işlər naziri, tikinti naziri, baş nazirin müavini, Qüds işləri üzrə nazir olub. O, həmçinin Yəhudi Agentliyinə sədrlik edib.

 

Senzor.az söhbətin mövzusunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin videosöhbəti öz oxucularına  təqdim edir:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.