Ramil Usubovun Gürcüstana kritik səfəri: “MƏXFİ QOVLUQ”da NƏLƏR VAR?
ŞƏRH - PROQNOZ

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov Gürcüstanda səfərdədir. Fransa müdafiə naziri Sebastyan Lekornunun, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa və Yunanıstana səfəri fonunda bu səfər diqqət çəkir.

 

Məsələ ondadır ki, Ermənistan sürətli şəkildə silahlanır, Fransa isə bu prosesdə ona maksimum dəstəyini ifadə edir. Hətta N.Dendiasın səfər zamanı qeyd etdiyi Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi təklifinin pərdəarxası təşəbbüskarı da məhz Parisdir.

 

Bakı bu günə qədər prosesi səssiz şəkildə izləyirdi və bu təmkinli mövqe həm strateji xarakter daşıyırdı, həm də atılacaq addımların məxfiliyi baxımından önəmli idi. R.Usubovun Gürcüstana səfəri Bakının artıq hərəkətə keçdiyini göstərir.

 

R.Usubov səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovani ilə görüşlər keçirib. Görüşlərin müzakirə mövzuları isə müdafiə sahəsində əməkdaşlıq (İ.Çikovani), iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi (V.Qomelauri), strateji tərəfdaşlıq və regional layihələr (İ.Kobaxidze) olub.

 

Təhlükəsizlik Şurası katibinin görüşdüyü şəxslər və görüş zamanı müzakirə etdiyi məsələlər onu deməyə əsas verir ki, Bakı Tbilisidən Ermənistana verilən silahların təyinatı, növü, habelə hansı ölkədən gəldiyinə dair məlumatları bölüşməsini istəyir. Prinsip etibarilə iki ölkə arasında bu kimi məsələlərə dair məxfi sazişlərin olduğu bəllidir. Lakin Bakı bütün ehtimalları nəzərə alaraq Tbilisidə əldə edilən razılaşmaları daha da dərinləşdirmək istəyir.

 

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi deyərkən əslində bu nəzərdə tutulur. İki ölkə bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, habelə regionda sülhə mane olacaq silahların ərazisindən keçməsi halında digərinə məlumat verə bilər.

 

Təbii ki, Bakı Tbilisinin bu jestini cavabsız qoymayacaq. Azərbaycan Regional layihələrin icrasında bundan sonra da Gürcüstanla əməkdaşlıq edəcək, habelə qonşusunun enerji təhlükəsizliyində yaxından iştirak edəcək. Prinsip etibarilə Gürcüstan Azərbaycandan sərfəli qiymətlərlə neft və qaz alır. Tbilisi Bakının istəklərini həyata keçirəcəyi təqdirdə daha sərfəli qiymətlərlə neft və qaz ala bilər.

 

Martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin Bakıda, habelə üç ölkənin müdafiə nazirlərinin Gürcüstanda baş tutacaq üçtərəfli görüşü zamanı bu məsələlərin yenidən müzakirə edilməsi, hətta razılıqların əldə olunması istisna deyil.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.