“Əvvəl erməni kəşfiyyatına “işləyirdim”, sonra Rusiya, Ukrayna və Britaniya xüsusi xidmət orqanlarına, indi isə..." - EYNULLA FƏTULLAYEVDƏN HAQQINDA YAZILANLARA SƏRT REAKSİYA

Xəbər verdiyimiz kimi, tanınmış araşdırmaçı-jurnalist, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev bir aya yaxın İsrailin qaynar nöqtələrində - Qəzza zolağı ilə, Cənubi Livanla sərhəddə, Qüdsdə və İsrailin müharibə şəraitində olan bir çox şəhərlərində işləyib. Bu müddət ərzində Haqqin.az jurnalistin ümumilikdə 20-dən çox xüsusi reportajını, siyasi şərhlərini və videomüsahibələrini dərc edib, yayıb.

 

Yeri gəlmişkən, onların bir neçəsini Senzor.az olaraq biz də yayımlamışıq. Lakin...

 

Haqqin.az bildirir ki, bir neçə gün əvvəl Türkiyənin az tanınan “Türkiyə” qəzetinin səhifələrində radikal fundamentalist dairələrlə əlaqəli, siyasi bidət adlandırıla biləcək sifarişli yazı dərc olunub. Düzü, bu yazını sifariş verənlərin azğın təxəyyülünə həsəd aparmaq olar. 

 

Belə ki, yazının “Kollektiv müəllif”i iddia edir ki, İsrailin kəşfiyyat xidməti “Mossad” Qafqazda kəşfiyyat şəbəkəsi yaratmaq üçün jurnalist Eynulla Fətullayevə 100 milyon dollar ayırıb...

 

Haqqin.az-ın əməkdaşları şərh almaq üçün portal rəhbəri E.Fətullayevin özünə müraciət ediblər.

 

Eynulla Fətullayev deyib: “Görünür, Bakıda kimsə yatıb görür ki, mən jurnalistika ilə məşğul olmamalıyam. Nə Azərbaycanda, nə də dünyanın heç bir yerində... Bu insanlar kabuslar görməkdə  davam edirlər! Tezliklə Dohaya uçacağam və oradan daha bir sensasiyalı müsahibə ilə qayıdacağam...

 

Mən bu yazıdan hələ İsraildə olarkən xəbər tutdum. Sifarişçilərin və icraçıların bu yazısı ötən ilin qalmaqallı bir əhvalatını xatırladır, o zaman Laçında bir fotoşəkilə görə mənə “Ermənistan agenti” damğası vurulmuşdu. Həmin qüvvələr əvvəllər iddia edirdilər ki, mən Rusiya “FSB”sinin agenti olmuşam və Ukraynaya Rusiya xüsusi xidmət orqanları tərəfindən məxsusi olaraq gətirilmişəm. Ən paradoksal olanı isə odur ki, həmin qüvvələr rus diplomatları ilə söhbətlərində mənim Britaniya kəşfiyyatı üçün işlədiyimi iddia edirdilər...

 

İndi növbə "Mossad"a çatdı. Bu məqalə Türkiyəyə Bakıdan - bir mərkəzdən göndərilib. Ödənişli, sifarişli yazıdır. Bu yazının dərc olunmasında Türkiyədə yaşayan və tez-tez bu cür çirkin sifarişləri yerinə yetirən şübhəli nüfuza malik bir azərbaycanlı qadın jurnalistin iştirakı var... Hər şeyi öyrənmişəm və bunun kimin işi olduğunu artıq bilirəm. Ancaq "Laçın olayından” fərqli olaraq, bu dəfə sona qədər gedəcəyəm. İstanbulda vəkil tutmuşam. Mən məhkəməyə və Türkiyə xüsusi xidmət orqanlarına yaramaz icraçıların cəzalandırılması tələbi ilə müraciət hazırlayıram. Təəssüf ki, sifarişçilərə çıxmaq çətin olacaq ... amma Allah böyükdür, 30 illik jurnalistlik karyeramda gözlərimin önündən o qədər siyasi meyit axıb gedib ki...

 

Türkiyə demokratik və hüquqi dövlətdir. Məhkəmə yalançıları və yaramazları cəzalandıracaq. Türkiyə xüsusi xidmət orqanları yalançılarla məşğul olacaq".

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.