Firavan mətbuat evi... VƏ YA NƏ ŞURASISINIZ, KİMİN ŞURASISINIZ?
RƏŞAD AĞAYEVDƏN ŞİLLƏ KİMİ YAZI

Mətbuatın külafirəngisində rahat oturub Azərbaycanın gözəl seyrəngahına tamaşa edənlər kifayət qədər var. Çox təəssüf ki, ancaq  və ancaq tamaşa edənlər, tamaşaçı qalanlar!

 

Mətbuatda böyük sayılanlar! 

Baxmayaraq ki,  o "böyük" adamları da heç vaxt böyük imza sahibləri kimi tanımamışam. QONDARMA hesab etmişəm onların bəzilərinin imzasını. Beş-altı nəfərlə Muxtariyyət əldə ediblər, o beş-altı nəfərlə də bir daxili Parlament yaradıblar, xüsusi imtiyaz sahibləri hesab ediblər özlərini. Ən əsası da odur  ki, bu admaların əlinə rəsmi qurum kimi "möhür", "ştamp" verilib! 

BELƏ "ASAN İMZA" SAHİBİ OLMAĞA NƏ VAR Kİ! 

 

Məğz budur! Etiraf edək ki, bu dövlətin mətbuata qayğısının fonunda maskalanan, pərdələnən, gizlənənənlərimiz var! 

 

DÖVLƏTİN KAS(s)ASINA ÇÖRƏK BATIRIB YEYƏNLƏR, SİZƏDİR SÖZÜM! 

 İşinizin ancaq quru adı  məlumdur. Bəs həqiqətdə nə işlə məşqulsunuz? Hara baxırsınız: mətbuata ya futbola?!  

 

İş adamlarının yolunu kəsib onları "tasa", "tavana" oturdan saytlara nəzarət etmək deyilmi işiniz, həm də? Siz də o saytların qarşısını "QILINC VƏ QƏLƏM"lə kəsməli idiniz axı?!

 

Ölkə daxilində üç-beş ay ərzində bir neçə Sayt, İnternet TV-nin altdan-altdan xaricə işləməsinin, Azərbaycanın daxildən darmadağın edilməsi təbliğatının, təşviqatının qarşısı alındı!! Artıq, bu faktdır!

 

Haradadır Mətbuat Şurası sədrinin bəyanatı!? Hanı o qurum üzvlərinin ayrı-ayrı çıxışları, müsahibələri, "dövlətdən razı" müraciətləri, şükranlıq duaları?!

 

Bəlkə siz də elə düşünürsünüz ki, Azərbaycanda bu üç-dörd mətbu ünsürünün həbs edilməsi söz azadlığının qarşısını almaqdan ötrüdür, hə?! 

Bəlkə siz də elə düşünürsünüz ki, "zibilqabı qapaqları" olan redaktorlar  üst-üstə yüz qırx min abunəçisinin hesabına saxlayırdılar saysız-hesabsız xəyanətdaşlarını-əməkdaşlarını, hə? 

 

Normal İT sahəsi mütəxəssisi də bilir ki, bu qədər abunəçisi olan Sayt, TV (söhbət məsuliyyətə cəlb edilən Sayt   və TV-lərdən gedir) işçisinə maaşı   "podpisçik"  hesabına görə ödəsə, ayda maksimum altmış manat maaşla dolandırmalıdır "fəhləsini"!

 

Mətbuat Şurasının işi kimin kimə xalça verməsində xüsusi məqsədlər aramaq olmamalıdır. Onun işi xain(üç-dörd Avroya satılan) saytların kimin tərəfimdən, hansı ilgəklə toxunmasından, hansı ilmə ilə "dolandırılması"  olmalıdır.   

Mətbuat Şurasının işi  televiziyada təhsilimizin inkşafı layihəsi kimi yayımlanan "GÜNDƏLİYƏ"  2 yazmaq cürəti olmamlıdır (BİR SERİYASINA BELƏ BAXMAYIB, BƏLKƏ DƏ)!

 

 Nəyi düz demir İTV?

 Nəyi düz demir Şakir Eminbəyli?

 Nəyi düz demir Tural Cəfərov? 

 

Az şahidi olmuşuq qələm tuta bilməyən, çır (adamların beynini yonan) səsi ilə, şantaj hədəsi ilə müəllimlərin üstünə gedən geydirmə jurnalst fədakarlığının, şivənliyinin?

 

Bu o mətbuat tozcuqlarıdır ki, hər gün sosial şəbəkə "rezinin"in boş yerindən mətbuata sızır! Nəticədə milyon "bic baxış" sayı artır! 

Nə var ki, dövlətin şad günündə "mətbuat evi" adına  qutuya bir zərf  buraxıb, keçib süfrənin başında oturmağa! Siz o şənlikdə yuxarı başda oturanda, ölkənin ən ciddi saytlarının və televiziyalarının ƏMƏKdaşları  qapı-qapı XƏBƏR YIĞICILĞI İLƏ MƏŞQUL OLURLAR! Gecə-gündüz işləyirlər, çalışırlar, zəhmət çəkirlər!

 

Mətbuat Şurası bütün dövrlərdə öz   fəaliyyətində burcudub. Gah beldən aşağı, gah da beldən yuxarı özünü keyimiş kimi göstərməklə!

 

Əcəb fədakarlıqdır, Vallah! Ölkədə "Toplum(yığnaq) TV"nin,  təzə xətdən "Abzas Media"nın, nəs xəbər daşıyıcısı "Kanal13"ün hansı işlə məşqul olma ehtimalını təkcə biz bilirdikmi? 

Real TV verməli idimi özünü söyüş qabağına, APA TV  atmalı idimi özünü təhqir qatarının altına, QAFQAZİNFOmu dözməli idi SOSİAL BİCBALALARIN HÜCUMLARINA, MUSAVATmı çıxmalı idi ağsaqqal abrı ilə Azərbaycana düşmən mövqedə olan, METASTAZ törəmələrin qarşısına?!

 

NƏ ŞURASISINIZ?

KİMİN ŞURASISINIZ?

 

Novruzda da yığışarsınız dövlətin yandırdığı tonqalın başına, bir az da yerinizi isidərsiniz. 

 

Amma bu dövlətin  hər gün başına dolanmaq lazımdır!  Saat kimi dayanmamlısınız, əqrəb kimi sancmağa hazır olmalısınız düşmənlərimizi!

 

BU DÖVLƏT UĞRUNDA ANCAQ ÖLƏNDƏ VAXT TAMAMDIR, DEMƏK OLAR!

 

Öz işinizlə məşqul olun!

Mətbuat işi ilə!

Sizi lazım olduğunuz yerdə görmürük!

 

ADAMLAR VAR Kİ, KİMİNSƏ DEDİYİNİ TƏKRAR EDİR!

ADAMLAR VAR Kİ, KİMLƏRİNSƏ DEMƏLİ OLDUQLARINI SÖYLƏYİR! 

SİZİN İŞİ GÖRƏNLƏRƏ, SİZİN YERİNİZƏ DANIŞANLARA MANE OLMAYIN!

BİLİRƏM Kİ, BU AXŞAM DA İFTARA DÖVLƏTİN VERDİYİ SU İLƏ, ÇÖRƏKLƏ BAŞLAYACAQSINIZ!

Bərəkətlidir dövlətimin süfrəsi, elə deyilmi?

 Amma siz də elə edin ki, süfrəniz halalla dolsun!

 

Bundan sonra ən azı həftədə bir dəfə məruzəniz, açıqlamanız olmalıdır, öz sosial şəbəkə səhifənizdə və ya qurumunuzun rəsmi səhifəsində!! Normal SMM-çilər tapın. İşinizin davamiyyətini, şəffalığını bizim də görməyə haqqımız var. Yoxsa tədbirlərin sonunda DESERT kimi nəyimizə lazımsınız?!

 

NUŞ OLMUR!

ORUCUMUZU AÇAQ, AĞZIMIZI YOX DA!!!                                                






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.