“İSRAİL QÜRUB ÇAĞINDA” - Eynulla Fətullayev və Haqqin.az təqdim edir
QISAMETRAJLI FİLM/VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış araşdırmaçı-jurnalist, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin İsraildəki cəbhə bölgəsinə ezamiyyəti regionumuzun hüdudlarından çox-çox uzaqlarda da böyük rezonans doğurub.

 

Senzor.az xatırladır ki, jurnalist ezamiyyətdə olduğu günlərdə ümumilikdə 20-dən çox xüsusi reportaj, siyasi şərhlər və videomüsahibələr hazırlayıb yayıb (Yeri gəlmişkən, onların bir neçəsini Senzor.az olaraq biz də yayımlamışıq).

 

İsrailin ən məşhur rusdilli radiostansiyalarından olan “Ən yaxşı radio”nun efirində də Eynulla Fətullayevin Fələstin radikalları ilə müharibə və Fələstin tərəfdarı olan Qərb dairələrinin İsrail rəhbərliyinə təzyiqi kontekstində bu ölkədəki vəziyyətə həsr olunmuş silsilə məqalələr hazırlamaq üçün İsrailə ezamiyyətə getməsindən danışılıb və fəaliyyəti təqdir olunub.


E.Fətullayev və rəhbərlik etdiyi çəkiliş qrupu qaynar nöqtələrdən süjetlər silsiləsinə “İsrail qürub çağında” qısametrajlı filmi ilə yekun vurub. E. Fətullayevin çəkiliş briqadasının obyektivində yenə də Qəzza zolağında, "Hizbullah"la təmas xəttində və  İsrailin müxtəlif şəhərlərindəki real vəziyyətdir.

 

Jurnalistin həmsöhbətləri isə şərqşünaslıq, iranşünaslıq və milli təhlükəsizlik sahəsində tanınmış ekspert və mütəxəssislərdir...

 

Gəlin Eynulla Fətullayevin bu maraqlı final süjetini birlikdə izləyək...

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.