Moskvaya qaçan erməni general: "AZƏRBAYCAN GÖYÇƏ GÖLÜNƏ BİRBAŞA ÇIXIŞ ƏLDƏ EDƏCƏK"

Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal olunmuş 7 "qeyri-eksklav" kəndindən 4-nün Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda çaxnaşma və gərgin müzakirələr davam edir.

 

Senzor.az bildirir ki, Azərbaycanın rusdilli haqqin.az saytının yaydığı materialda belə deyilir. 

 

Yazıda qeyd olunur ki, baş nazir Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla həmsərhəd kəndlərinin sakinlərinə yaşayış məntəqələrinin işğaldan azad edilməsi planından imtina etsələr, müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq etdikdən sonra həm rəsmi Moskva, həm də rusiyayönlü müxalifət hökumət başçısına qarşı ittihamlar səsləndirirlər.

 

Eyni zamanda, müxalifət dairələrində Bakının guya bununla dayanmayacağı və Ermənistan ərazisinə doğru irəliləyəcəyi barədə spekulyasiya xarakterli iddialar yayılmaqdadır.

 

Keçmiş müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan iddia edir ki, dörd kənd geri qaytarıldıqdan sonra Azərbaycan Ordusu Lori rayonunun inzibati sərhədlərinə qədər irəliləyəcək.

 

Serj Sarkisyanın dövründə Ermənistan Ədliyyə nazirliyinin penitensiar xidmətinə rəhbərlik etmiş, hazırda Moskvada yaşayan  və beynəlxalq axtarışda olan general Miqran Poqosyan isə bildirib ki, Paşinyan təkcə 4 kəndi deyil, Ermənistanın Qeqarkunik rayonundakı iki yaşayış məntəqəsini də Azərbaycana qaytarmağa hazırlaşır. Onun sözlərinə görə, bundan sonra Azərbaycanın Göyçə gölünə birbaşa çıxışı olacaq.

 

Qeyd edək ki, Poqosyan hazırda Moskvada iri bizneslə məşğuldur: o, məmur olarkən adı “Panama qalmaqalı”nda hallanmışdı. Bundan başqa, rusiyayönlü general həm də  Erməni Milli Birlik partiyasına rəhbərlik edir.

 

Amerikanın özəl analitik mərkəzi “Stratfor” öz ekspert qiymətləndirməsində Nikol Paşinyanın Azərbaycandan gələn təhdidləri şişirtdiyinə işarə edib. “Paşinyanın qaçılmaz müharibənin mümkünlüyü ilə bağlı bəyanatı şişirtmədir, lakin Ermənistanın Azərbaycanın hərbi hərəkətlərindən qorxduğunu göstərir; Bu qorxu çox güman ki, İrəvanı Bakının tələblərinə boyun əyməyə məcbur edəcək”, - deyə “Stratfor” vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.