Zelenskidən də terakt açıqlaması gəldi: “PUTİN BİR SUTKA SUSDU Kİ…”
VİDEO

Dünən Moskvada baş verənləri Putin və digər yaramazlar başqasının üstünə atmağa çalışırlar. Onların metodları həmişə eynidir. Bu, artıq olub. Evlər uçuruldu, atışmalar, partlayışlar oldu. Və onlar həmişə başqalarını günahlandırırlar.

 

Senzor.az bildirir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində Moskvadakı “Krokus Siti Holl”da baş verən teraktdan danışarkən deyib.

 

"Onlar bizim xalqımıza işgəncə verir, təcavüz edir, həm də bizi ittiham edirlər. Onlar yüz minlərlə terrorçunu bura - Ukrayna torpağına gətiriblər, bizə qarşı vuruşurlar və öz ölkələrinin daxilində baş verənlərlə maraqlanmırlar. Dünən baş verənlərdən (terakt nəzərdə tutulur – red.) sonra yaramaz Putin Rusiya xalqı ilə məşğul olmaq əvəzinə bir sutka susdu ki, bunu Ukraynanın üzərinə necə atmaq olar. Hamısı tamamilə uydurmadır (terrorçuların Ukraynadan dəstək alması və Ukraynanın onların sərhədi keçməsi üçün qapı açması barədə Putinin dediklərini nəzərdə tutur – red.)”, – o bildirib.

 

Zelenski vurğulayıb ki, hazırda Ukrayna torpaqlarında öldürülən yüz minlərlə rus hər hansı terrorçunun qarşısını almaq üçün kifayət idi: “Əgər ruslar “krokus”larda sakitcə ölməyə hazırdırsa və öz xüsusi xidmət orqanlarına heç bir sual ünvanlamırlarsa, Putin çox belə vəziyyəti şəxsi hakimiyyətinin  xeyrinə çevirməyə çalışacaq”.

 

O, əmindir ki, terrorçular həmişə uduzmalıdırlar və terroru müdafiə edən və terrorla mübarizə aparan hər kəsə təşəkkür edib.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.