“Mir Şahinin vaxtı”nın növbəti xüsusi buraxılışı və... - RƏŞAD AĞAYEV TƏHSİL NAZİRİNDƏN NƏ XAHİŞ ETDİ?
VİDEO + TƏKLİF

Üzümü  Təhsil Nazirimiz Emin Əmrullayev cənablarına tutub, xahiş edirəm! Üzümü də niyə tutub deyirəm?! Çünki təhsil özü bir "QİBLƏ"dir! Müqəddəs hesab etdiyimiz SAVAD ADINA OCAQDIR, PİRDİR!

 

Cənab Nazir, yəqin ki bu müraciətimi oxuyacaqsınız və bu verilişə də baxacaqsanız! Ola bilər ki, artıq baxmısınız və ya vaxt etməmisinizsə, mütləq tamaşa edəcəyinizə inanıram! Zehni işıqlı adamların bu verilişə baxacağına qəti şübhəm yoxdur!

 

Cənab Nazir, bu "buraxılışı" təhsil ocaqlarmızda dərslik vəsaiti kimi tədris edin! İBTİDAİDƏN ALİYƏ DOĞRU! BÜTÜN ÖYRƏNCİLƏRƏ, HƏTTA MÜƏLLİMLƏRƏ BELƏ! Allah şahiddir, Tarix şahiddir, Biz şahidik! Bu verilişdə faktdan başqa heç nə yoxdur! Millətimizə, Dövlətimizə, Gələcəyimizə lazımdır bu tarixi faktlar, şahid və şəhid ifadələri!

 

Biz uzaq(illər) Azıx mağarasında nə axtarırıq?! Tükmü, sümükmü, nə?!!! 

 

İndi Daş dövrü haqqında bilgilərə fasilə,  BÖYÜK TƏNƏFFÜS vermək lazımdır.  Elə bu "veriliş" də müəllim və şagirdlərin elə o "Böyük Tənəffüs" qədər, yəni  "ON BEŞ" dəqiqə vaxtını alacaq!

 

Tədris edin övladlarımıza CANLI TARİXİ, BAŞ VERƏNLƏRİ! 

 

Narahat olmayın, bu tarixdə də "BOŞ KƏLLƏ"lərlə rastlaşacaq, uşaqlarımız! Zehni dolu "AĞILLI BAŞLAR"la da tanış olacaq, gələcəyimiz.

 

Bilirəm ki, məktəblərimizdə tam şərait var. Siz, belə tarixi vacib faktları videoformatda şagirdlərimizə təqdim və nümayiş etdirə bilərsiniz.

 

Hər zaman tarix yazılmır! Bilirsiniz ki,  "MEZOZOY"a, "NEOLİT"ə vaxt çox ayırmışıq. Şükür Alllaha, hamı anlayır indi - HEÇ KİMİN DƏDƏSİ MEYMUN OLMAYIB! Darvinin dünyanın "ƏN BÖYÜK NADANI" olduğunu da əzbərdən bilirik!

 

Bu gün "Müharibə Allahları" da başqadır! Bellona yoxdur indi, onun yerində Amerika var, Avropa var, Rusiya var! Xırda bütləri demirəm, məsələn Ermənistan. Ondan narahat deyilik, artıq O BÜTÜ SINDIRMIŞIQ, YIXMIŞIQ, DEVİRMİŞİK! SÜLH DİNİMİZ VAR İNDİ BİZİM!

 

Cənab Nazir, bəzi "naşı", "cahil" valideyn əlindən alın uşaqları, onları KÜT(lə) baltanın yox, təhsilin qabağına verin!

 

İnanın səmimiyyətimə, bunu bir vətəndaş tövsiyəsi kimi qəbul edin. Azərbaycanın son otuz beş illik tarixini anlayan, bilən şagird dünyaya "Ən Yeni Tarix"dən dərs verə biləcək!

 

Dünya indi bizim tarixi daha çox öyrənməyə çalışır! Heç kimə artıq maraqlı deyil İslam ilk dəfə hansı "yarımada"dan başlayıb. 

 

Sizdən xahiş edirəm. Bu buraxılşı məktəblərimizdə mütləq yayımlayın! Bir az da gələcəyimiz olan övladlarımız "Youtube"dan daha səmərəli şeylər öyrənsinlər! 

 

Rica edirəm, mənim fikrimə, təklifimə, müraciətimə diqqət ayırın. 

 

Hər ehtimala qarşı (birdən əlinizdə material olmaz), Sizə bu DƏRS VƏSAİTİNİ özüm göndərirəm!

 

Siz də paylaşın!

Valideyn kimi, Müəllim kimi, Şahid kimi!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.