Xankəndiyə köç başlamayıb... RUSİYA KONSULLUQ AÇMAQ İSTƏYİR?
DEPUTAT VƏ POLİTOLOQ BURADA TƏHLÜKƏLİ HEÇ NƏ GÖRMÜRLƏR

“Qriqori Karasin (Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri – red.) ola bilsin öz arzusunu, yaxud Rusiya hökumətinin istəyini ifadə edib. Mən də hər zaman düşünürəm ki, biz niyə indiyə qədər soydaşlarımızın yaşadığı Dərbənddə, yaxın qonşumuz Dağıstan Respublikasında Azərbaycanın baş konsulluğunun açılması məsələsini gündəmə gətirməmişik”.

 

Senzor.az bildirir ki, bunları jurnalistlərə açıqlamasında  ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Qriqori Karasinin Rusiyanın Xankəndidə bu il konsulluq açmaq niyyəti ilə bağlı sözlərinə münasibətində bildirib. 

Millət vəkilinin sözlərinə görə, bu kimi məsələlər deputatlar səviyyəsində həll olunmur: “Karasin də bunu bilməmiş deyil. Öncə Xankəndi qaçqın və məcburi köçkünlərlə məskunlaşdırılmalıdır. Türkiyə də Şuşada konsulluq açmaq istəyir. Məskunlaşma başa çatandan sonra Rusiya hökumətinin belə bir arzusu olarsa, bu məsələnin hökumətlər səviyyəsində müzakirə olunması daha məntiqli olardı”.

 

O bildirib ki, Rusiya-Azərbaycan münasibətləri 2022-ci ildə Moskva Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılıb: “Rusiya Xankəndidə konsulluq açmaq istəyirsə, bu müzakirə olunacaq. Burda təhlükəli heç nə görmürəm. Həm də bu elə məsələdir ki, belə məsələlərdə Prezidentə güvənmək, onun doğru qərar qəbul edəcəyinə inanmaq lazımdır”.

 

Politoloq Turan RzayevSenzor.az-a açıqlamasında burada riskli bir şey görmədiyini deyib: “Düzdür, məsələnin riskli olduğunu qeyd edənlər də var. Lakin indiki məqamda və reallıqlarda belə bir addım özündə risk elementləri daşımır.  

Məsələ ondadır ki, Şuşa və Xankəndi başda olmaqla işğaldan azad edilən ərazilərdə nə rus, nə də erməni əsilli şəxslər yaşayır. Qarabağın işğaldan azad edilməsi fərqli reallıqlar ilə baş tutsa idi risk və təhlükədən danışmaq olardı. Misal üçün, erməni əsilli şəxslər ərazini tərk etməsə, Rusiya sülhməramlıları, onların ailə üzvləri ərazidə qalıb, yaşasa və ya ermənilərə hər hansı bir muxtariyyət verilsə idi açılacaq konsulluq riskli ola bilərdi. Yəni bu gün Rusiyanın ərazidə hər hansısa bir təsir elementi yoxdur. 

 

Ümumiyyətlə bu gün işğaldan azad edilən ərazilərdə bərpa prosesi gedir. Bərpa prosesindən asılı olaraq da məskunlaşma mərhələli gerçəkləşir. Əraziyə azərbaycanlıların giriş-çıxışı belə xüsusi ehtiyat və yoxlama ilə aparılır. Gələcəkdə ərazidə rus və ya qeyri-etniklər də məskunlaşmaq istədikdə proses dövlət nəzarəti ilə bütün risk faktorları hesablanaraq baş tutacaq. Açılacaq konsulluğun ehtimal risk elementləri hesablanıb və ona uyğun tədbir görüləcək. 

 

Prinsipcə, Türkiyənin də Şuşada konsulluğu açılacaq. Mahiyyət etibarilə həm Türkiyənin Şuşada, həm də Rusiyanın Xankəndidə konsulluğunun açılması müsbət hadisədir. Belə ki, bu bir daha təsdiq edir ki, o torpaqlar Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləridir. Gələcəkdə Cəbrayıl, Zəngilan ya da Füzulidə İran konsulluğu da açıla bilər”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.