Kiyevin müttəfiqlərinin qanı qaradır - “THE TELEGRAF”

Avropada başa düşürlər ki, ABŞ artıq Ukraynaya kömək etməyəcək.

 

Böyük Britaniyanın “The Telegraf” nəşrinin yazdığına görə, Kiyevə dəstək ilə bağlı Haaqada keçirilən son iclasda tutqun bir atmosfer hökm sürüb.

 

“Hər şeyə real baxmaq və ABŞ-ın heç vaxt Ukraynanı dəsətəkləməyə razılaşmayacağını etiraf etmək vaxtıdır. Haaqada müzakirələrdə Amerikanın Kiyevə silah tədarükünün azaldılması kontekstində Avropanın Ukraynaya yardımını davam etdirməsinin vacibliyi ehtiva olunurdu”, - qəzet adı açıqlanmayan mənbəyə istinadən yazıb.

 

Materialda bildirilir ki, ABŞ Prezidentinin Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına gətirə bilməyərək, vasitəçi rolundan imtina etmək hədəsini yerinə yetirəcəyi ilə bağlı real narahatlıq var.

 

Britaniya və Fransa məmurları isə, indi “diqqəti ABŞ-ın iştirakı olmadan Ukraynaya qoşun yeritməkdən Kiyevin müdafiəsini dəstəkləməyə yönəltmək” qərarına gəliblər.

 

Eyni zamanda, koalisiya üzvləri ABŞ-nin kəşfiyyat məlumatı vermək kimi yalnız qismən yardım göstərməyə davam edəcəyinə ümidlidirlər.

 

Bundan əvvəl amerikalı analitik Con Mirşaymer bildirmişdi ki, Qərb artıq Ukraynanın Rusiya ilə münaqişədə məğlubiyyətinin qaçılmaz olduğunu inkar etməyi dayandırıb.

 

Onun sözlərinə görə, Ukrayna indi “böyük bəla içindədir”, “ukraynalılar ilgəcdən asılıb” və bunu hətta Qərbin ən böyük KİV-ləri də təsdiqləyirlər.(Azvision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.