İstanbul Böyükşəhər Bələdiyyəsində növbəti “korrupsiya əməliyyatı”: DAHA 47 NƏFƏR SAXLANILDI
VİDEO

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqında Cümhuriyyət Xalq Partiyasından (CHP) olan keçmiş millət vəkili Aykut Erdoğdu, Qaziosmanpaşa, Böyükçəkməcə, Avcılar, Ceyhan və Seyhan bələdiyyələrinin sədrlərinin də aralarında olduğu 47 nəfər haqqında saxlanılma qərarı verilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu, İBB-də korrupsiyaya qarşı beşinci əməliyyatdır.

 

Qeyd olunub ki, bələdiyyə sədri və müavinləri rüşvət almaqda şübhəli bilinirlər. Onlar daşınmaz və nəqliyyat vasitələrini dəyərindən yüksək məbləğdə satın almaqda, tenderdə saxtakarlıq etməkdə ittiham olunurlar.

 

İnformasiyaya əsasən, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən həbs edildikdən sonra İBB sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun da aralarında olduğu şübhəlilərin "cinayətkar qruplaşmanın rəhbəri olmaq", "cinayətkar qruplaşmaya üzv olmaq", “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz ələ keçirmək” və “tenderə fəsad qarışdırmaq” cinayətlərindən aparılan korrupsiya istintaqı çərçivəsində CHP-dən olan keçmiş millət vəkili Aykut Ərdoğdunun rüşvətə vasitəçilik etdiyinə dair faktlar müəyyən edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.