İtaliyanın Baş naziri Mərkəzi Asiya liderləri ilə
BİR ARADA

Astanada ilk “Mərkəzi Asiya-İtaliya” sammiti keçirilir.

 

Senzor.az bildirir ki, sammitdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edirlər.

 

Sammiti giriş sözü ilə açan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, sammitdə ticarət, investisiyalar, enerji, ekologiya, nəqliyyat, logistika, təhsil, elm kimi sahələrə aid mühüm məsələlər müzakirə olunacaq.

 

“Sevindirici haldır ki, xarici işlər nazirləri səviyyəsində başlanan siyasi dialoq bu gün yüksək səviyyəyə çıxır. Bu, Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin artmasından, region ölkələrinin və İtaliya Respublikasının hərtərəfli regionlararası tərəfdaşlığı gücləndirməklə bağlı səmimi istəyindən xəbər verir”, - deyə o bildirib.

 

Qazaxıstan Prezidenti qarşıdakı müzakirələrin konstruktiv xarakter daşıyacağına və konkret qərarların qəbuluna səbəb olacağına əminliyini ifadə edib. “Sammitin yekunlarına dair biz əməkdaşlığımızın geniş spektrini əhatə edən birgə bəyannamə qəbul edəcəyik”, - deyə Kasım-Jomart Tokayev əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.