Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

 

Senzor.az bildirir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.

 

Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.

 

Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.