ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka
MƏCBUR EDƏ BİLƏR

ABŞ iyunun 2-də Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər.

 

Bu barədə "The Washington Post" (WP) qəzeti xəbər verib.

 

Nəşrin məlumatına görə, şərtlərlə bağlı çıxılmaz vəziyyət Ukraynanı çətin diplomatik duruma salıb - burada o, Vaşinqtonun Rusiyanın təklif etdiyi texniki danışıqlara qatılması üçün göstərdiyi təzyiqlə üz-üzə qala bilər.

 

Qeyd olunur ki, ABŞ-ın hərbi və kəşfiyyat yardımından davamlı şəkildə asılı olması Ukraynanın diplomatik manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Buna baxmayaraq, Kiyev əvvəllər təklif olunmuş Rusiya şərtləri əsasında danışıqlara başlamaq istəmir.

 

Kremlin nümayəndəsi Dmitri Peskovun mayın 30-da verdiyi açıqlamaya əsasən, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların ikinci raundunu keçirmək məqsədilə Türkiyəyə yola düşüb. Diplomatların iyunun 2-si, bazar ertəsi səhər dialoqu davam etdirməyə hazır olacaqları bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.