Kiyev meri: "Ukrayna hakimiyyətindən avtoritarizmin üfunəti gəlir"

 

"Ukraynada hakimiyyətdən avtoritarizmin üfunəti gəlir, demokratiya məhv edilib".

 

Bunu Kiyev meri Vitali Kliçko "The Times" qəzetinə müsahibəsində deyib.

 

"Bu, demokratik prinsiplərin və institutların müharibə bəhanəsi ilə məhv edilməsidir. Mən bir dəfə demişdim ki, ölkəmizdən avtoritarizm iyi gəlir. İndi ondan avtoritarizmin üfunəti gəlir" , - deyə o vurğulayıb.

 

V.Kliçko qeyd edib ki, bir çox şəhər merinin gözü qorxudulub, özünü isə yalnız ulduz statusu xilas edir: "Çerniqov merini vəzifəsindən azad edə bilərsiniz, lakin bütün dünyanın tanıdığı paytaxt merini işdən çıxarmaq çox çətindir".

 

Qeyd edək ki, müxtəlif siyasi partiyaları təmsil edən V.Kliçko ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ixtilaflar son illərdə dəfələrlə alovlanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.