Uitkoff: "HƏMAS-ın ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabı qəbuledilməzdir"

"Fələstinin HƏMAS hərəkatının ABŞ-ın  Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabı qəbuledilməzdir və danışıqları geri atır".

 

Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff "X" hesabında yazıb.

 

"Mən HƏMAS-ın ABŞ-ın təklifinə cavabını aldım. Bu, tamamilə qəbuledilməzdir", - o yazıb.

 

Uitkoff əlavə edib ki, HƏMAS gələn həftə başlaya biləcək dolayı danışıqlar üçün əsas kimi Vaşinqtonun çərçivə təklifini qəbul etməlidir.

 

"Yalnız bu yolla biz yaxın günlərdə 60 günlük atəşkəs haqqında saziş bağlaya bilərik ki, bu da yaşayan girovların yarısının və həlak olanların yarısının öz ailələrinə qaytarılması ilə nəticələnəcək. Bu müddət ərzində daimi atəşkəsə nail olmağa çalışmaq üçün dolayı danışıqlarda xoş niyyətlə müzakirələr apara bilərik", - o qeyd edib.

 

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı bundan əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavab verib.

 

Bu barədə hərəkatın "Telegram" kanalı məlumat yayıb.

 

"Gələcək razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış sayda fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 10 israilli girovu azad etməyə və ölən 18 girovun cəsədlərini təhvil verməyə hazırıq", - məlumatda qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.