Almaniya Kansleri Fridrix Merz gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hökumət sözçüsü Stefan Korniliusun yaydığı bəyanatda qeyd olunub.
O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və ticarət siyasəti kimi mövzular müzakirə olunacaq.