Putin Şoyqunu İrana hansı missiya ilə göndərmişdi?

Rusiya Prezidenti Vladimir Putin İranın ali lideri Ayətullah Əli Xameneidən HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə cavab olaraq İsrailə qarşı təmkinli davranmağı istəyib və mülki İsrail vətəndaşlarına qarşı hücumlara başlamamağı tövsiyə edib.

 

Bu barədə "Reuters" iki yüksək səviyyəli İran mənbəsinə istinadən yazıb.

 

Mənbələrin bildirdiyinə görə, bu mesajı bazar ertəsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərində çatdırıb.

 

Adları açıqlanmayan yüksək səviyyəli rəsmilər Rusiya istehsalı olan Su-35 qırıcı təyyarələrinin çatdırılması üçün Tehranın Moskvaya təzyiq göstərdiyini də bildiriblər.

 

Mənbələrin dediyinə görə, Yaxın Şərq böyük bir müharibənin astanasındadır və sui-qəsdin arxasında duranlar açıq şəkildə belə bir münaqişəni başlatmağa çalışırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.