Paşinyan Hessen Sülh Mükafatı aldı... İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR ETDİ
“BU MÜKAFATA EYNİ DƏRƏCƏDƏ O DA LAYİQDİR”

Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində səylərinə görə Hessen Sülh Mükafatına layiq görülüb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan məlumat yayıb.

 

Mükafatın təqdimetmə mərasimi sentyabrın 18-də Almaniyanın Hessen federal torpağında keçirilib.

 

Diqqətəlayiq haldır ki, Ermənistanın Baş naziri Hessen Sülh Mükafatını alarkən Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda sülhün qurulmasına verdiyi töhfəni xüsusi qeyd edib. 

N.Paşinyan mükafatlandırma mərasimində çıxışı zamanı Azərbaycan Prezidentinə sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə təşəkkür edib. Bildirib ki, Azərbaycan Prezidenti də bu mükafata eyni dərəcədə layiqdir.

 

Ermənistanın Baş naziri, həmçinin Azərbaycan və Ermənistan xalqlarına sülhü dəstəklədiklərinə görə təşəkkür edib. Onun sözlərinə görə, münaqişənin səbəb olduğu itkilərə və əzablara baxmayaraq, hər iki xalq sülh prosesinə dəstək verib.

 

Xatırladaq ki, 25 min avro məbləğində olan Hessen Sülh Mükafatı 1994-cü ildən Albert Osvald Fondu tərəfindən təqdim edilir. Mükafat müharibə və münaqişələrin dayandırılmasına, zorakılığın qarşısının alınmasına, münaqişələrin önlənməsi mexanizmlərinin hazırlanmasına və beynəlxalq qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verən şəxslərə təqdim olunur.

 

Fond Hessen federal torpağının sabiq Baş naziri Albert Osvald və onun ailəsi tərəfindən yaradılıb. Fondun Himayəçilik Şurasına sülh və münaqişələrin həlli məsələləri üzrə fəaliyyət göstərən Almaniyanın aparıcı elmi-tədqiqat institutlarının nümayəndələri daxildir.

 

Yeri gəlmişkən, səfər çərçivəsində Paşinyanın Frankfurt Sənaye və Ticarət Palatasında işgüzar dairələrin nümayəndələri ilə görüşməsi də planlaşdırılır.

 

O, həmçinin Darmştadtda yerləşən Fraunhofer Struktur Davamlılığı və Sistem Etibarlılığı İnstitutuna baş çəkəcək. Paşinyanın burada hidrogen texnologiyaları sahəsində aparılan tədqiqatlarla tanış olacağı bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.