Slovakiyanın Baş naziri: Rusiya müttəfiqlərimizə hücum etsə, biz qoşulmayacağıq - VİDEO

“NATO Müqaviləsinin 5-ci maddəsinə görə Slovakiyanın mümkün müharibəyə qoşulmasını istəmirəm”.

 

Senzor.az bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

 

O qeyd edib ki, Rusiyanın Alyansın müttəfiqlərindən hansısa birinə hücumu halında Slovakiya NATO-nun 5-ci maddəsi üzrə öhdəliklərini yerinə yetirmək niyyətində deyil.

 

“NATO Müqaviləsinin 5-ci maddəsinin tətbiq oluna biləcəyini təsəvvür edə bilərsinizmi? Bunu kimsə təsəvvür edə bilərmi? Kiminsə bizə deyəcəklərini təsəvvür edə bilərmi: 5 000-10 000 əsgər hazırlayın və onlar harasa döyüşə gedəcəklər. Biz kiminlə, niyə və nə üçün döyüşəcəyimizi belə bilməyəcəyik. NATO-nun hansısa 5-ci maddəsinə görə Slovakiyanın hansısa müharibəyə qoşulmasını istəmirəm. Baş nazir kimi Slovakiyanın heç vaxt hərbi münaqişəyə cəlb olunmaması üçün hər şeyi edəcəm”, - Robert Fitso vurğulayıb.

 

Slovakiya lideri bundan əvvəl Avropanın heç vaxt olmadığı qədər genişmiqyaslı müharibəyə yaxın olduğunu bəyan etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.