
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.